16:40 02-08-2013
news_image
1697
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov: Evlənmək mənə düşdü

“Fikrimcə, evlənmək mənə düşdü. Axı, ailə müsbət aura və şahmatda qələbələr üçün çox vacibdir”. Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov deyib.

Həmyerlimiz Rusiyanın chesspro.ru portalına verdiyi müsahibəsində şahmatla yanaşı, ailəsindən də danışıb. Məmmədyarovun sözlərinə görə, həyat yoldaşı yarışların hamısında talisman kimi yanında olmur: “Hazırkı vəziyyətdə startın məsuliyyəti xüsusi rol oynamır. Mən əsas turnirlərə menecerim Rüstəm Nəcəfovla getməyi sevirəm. Bəli, zaldan özününkülərin dəstəyini hiss etmək xoşdur. Özümü yetərincə xoşbəxt, bəxtli insan sayıram. Həyatımdan razıyam. Sifətimdəki təbəssüm xoşbəxt olmağımdan irəli gəlir”.

O, komanda yoldaşı Teymur Rəcəbovun son yarışlarda zəif çıxışına da münasibət bildirib: “Əlbəttə, Teymurun bu il qəfil enişinə çox təəccübləndim. Ancaq buna izahım yoxdur. Yəqin ki, bu, adi geriləmədir. Həmin hadisə hər bir idmançıda olur. Fikrimcə, Teymurda tezliklə şahmat planında hər şey yaxşı olacaq”.