09:08 05-08-2013
news_image

Yığmamız dünya çempionatına 14 cüdoçu ilə gedir

Avqustun 26-dan 31-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək cüdo üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Peter Zayzenbaher mundial üçün 14 idmançı sifariş edib.

3 il sonra Olimpiadaya ev sahibliyi edəcək şəhərdə komandamızın heyətində tatami üzərinə Vüqar Şirinli, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şixəlizadə, Nadir Babayev (hər ikisi 66 kq), Rüstəm Orucov, Hüseyn Rəhimli (hər ikisi 73 kq), Elnur Məmmədli, Tural Səfquliyev (hər ikisi 81 kq), Şəhməd Məhəmmədov, Şahin Qəhrəmanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Emil Tahirli (+100 kq) və Kifayət Qasımova (57 kq) çıxacaq.

Maraqlıdır ki, kişilərin yarışında super ağır çəki dərəcəsi istisna olmaqla, Azərbaycan digər çəkilərdə 2 cüdoçu ilə təmsil olunacaq. Lakin onlarda 81 kq çəki dərəcəsində mübarizə aparacaq Olimpiya çempionumuz Məmmədlinin qüvvəsini sınayacağı şübhəlidir. Çünki az öncə onun ayağından zədə aldığı və dünya çempionatını buraxacağı bildirilirdi.