09:20 05-08-2013
news_image

21 idmançıya 3 medal

Almaniyanın paytaxtı Berlində gənc cüdoçular arasında keçirilən Avropa Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa 21 idmançı ilə yollanan Azərbaycan millisi vətənə 3 medalla qayıdıb.

Komandamızın heyətində bütün rəqiblərinə qalib gələn Mehman Sadıqov (55 kq) çempion adına yiyələnib. Digər cüdoşularımızdan Oruc Vəlizadə (60 kq) və Məmmədəli Mehdiyev (81 kq) bürünc medalla kifayətlənib.

Qeyd edək ki, yığmamız komanda hesabında 24 ölkə arasında 8-ci yeri tutub.