10:16 06-08-2013
news_image
1022
DİGƏR NÖVLƏR

Yığmamızdan Şotlandiyaya 3 cavabsız qol

Avstriyanın paytaxtı Vyanada kişi otüstü hokkeyçilər arasında Avropa çempionatının II divizionuna start verilib. Apasport.az saytının məlumatına görə, əsas liqaya yüksəlmək üçün mübarizə aparan Azərbaycan millisi ilk turda Şotlandiya ilə qarşılaşıb.

Saleh Hüseynovun rəhbərlik etdiyi komandamız rəqibinə heç bir şans verməyib və 3:0 hesabı ilə qalib gəlib. Yığmamızın heyətində Əhmət Batt (2) və Salim Xalid fərqləniblər.

Millimizin yer aldığı A qrupunun digər qarşılaşmasında Fransa Uelsi 7:2 hesabı ilə məğlub edib. II turda isə Azərbaycan Uelsi, Fransa Şotlandiyanı sınağa çəkəcək.

Qeyd edək ki, B qrupunda İtaliya, Avstriya, Ukrayna və Rusiya milliləri yer alıblar. Qruplarda ilk 2 yeri tutanlar növbəti mövsümdən qitənin 8 ən güclüsü sırasında yarışmaq hüququ verən 2 vəsiqə uğrunda yarımfinal mərhələsində mübarizə aparacaq. III – IV yerlərdə qərarlaşanlar isə III diviziona düşməmək üçün 5-8-ci yerlər uğrunda yarışacaqlar.