09:15 07-08-2013
news_image
861
DİGƏR NÖVLƏR

Yığmamız qrup liderinə çevrildi

Avstriyanın paytaxtı Vyanada kişi otüstü hokkeyçilər arasında Avropa çempionatının II divizionunun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, əsas liqaya yüksəlmək üçün mübarizə aparan Azərbaycan millisi ikinci matçını da qələbə ilə başa vurub.

Belə ki, Saleh Hüseynovun rəhbərlik etdiyi komandamız Şotlandiyanın ardınca Uels yığmasını məğlubiyyətə uğradıb. Düzdür, görüşdə hesabı qonaqlar açıblar. Lakin qoldan 2 dəqiqə (23) sonra millimizin kapitanı Saleh Balamiyev status-kvonu bərpa edib. 57-ci dəqiqədə isə Əhmət Batt qələbə topunu vurub – 2:1.

Qrupumuzun digər qarşılaşmasında isə Fransa Şotlandiyaya 1:4 hesabı ilə uduzub. Nəticədə yığmamız A qrupunda vahid liderə çevrilib. Hokkeyçilərimiz axırıncı turda fransızlarla oynayacaqlar və qarşılaşma avqustun 11-nə təsadüf edəcək.

Azərbaycan

2

2

0

0

5-1

6

Fransa

2

1

0

1

8-6

3

Şotlandiya

2

1

0

1

4-4

3

Uels

2

0

0

2

3-9

0



Qeyd edək ki, B qrupunda İtaliya, Avstriya, Ukrayna və Rusiya milliləri yer alıblar. Qruplarda ilk 2 yeri tutanlar növbəti mövsümdən qitənin 8 ən güclüsü sırasında yarışmaq hüququ verən 2 vəsiqə uğrunda yarımfinal mərhələsində mübarizə aparacaq. III – IV yerlərdə qərarlaşanlar isə III diviziona düşməmək üçün 5-8-ci yerlər uğrunda yarışacaqlar.