05:16 08-08-2013
news_image
927
DİGƏR NÖVLƏR

Təmsilçimiz finala vəsiqə qazandı

Litvanın Trakay şəhərində yeniyetmə akademik avarçəkənlər arasında dünya çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, Azərbaycanın nüfuzlu yarışdakı yeganə təmsilçisi Boris Yotov seçmə yürüşü uğurla dəf edib.

1 nəfərlik qayıqla (JM1x) yarışan 17 yaşlı idmançımız 2000 metr məsafəyə 7 dəqiqə 59,54 saniyəyə 2-ci çatıb. Əsasnaməyə görə, ilk “3-lüy”ə düşənlər birbaşa ¼ finala vəsiqə qazanırlar, qalan yerlərin sahibləri isə təsəlli yürüşlərinə qatılmalı olurlar. Bu səbəbdən, Boris Yotov 1-ci yeri tutan serbiyalı Andreyya Slyukiç (7:56.60) və 3-cü olan belçikalı Pyer de Loofla (8:02.97) birgə ¼ finala adlayıb. Təmsilçimiz növbəti mərhələ yürüşünə avqustun 9-da qatılacaq.

Qeyd edək ki, Trakaydakı dünya çempionatı 2014-cü ildə Çinin Nanjinq şəhərində keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Boris Yotov öz qayıq tipində finaladək irəliləməyi bacarsa, başqa sözlə, 6 ən güclüdən biri olsa, Azərbaycana ilk olimpiya lisenziyası qazandıracaq. (Mənbə: Lent.az)