10:00 09-08-2013
news_image
1074
DÖYÜŞ NÖVLƏRİ

ABŞ-da ilk 2 lisenziya

ABŞ-ın Mayami şəhərində yeniyetmə cüdoçular arasında dünya birinciliyinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günü Azərbaycan millisi üçün uğurla başa çatıb.

Belə ki, tatamiyə çıxan 5 idmançımızdan 2-si fəxri kürsiyə yüksəlməyi bacarıb. Cüdoçularımızdan Natiq Qurbanlı (50 kq) bütün rəqiblərinə qalib gələrək çempion olduğu halda, Leyla Əliyeva (40 kq) yalnız finalda uduzaraq, gümüş medalla kifayətlənib.

Onlar həlledici görüşə çıxmaqla, həmçinin gələn il avqustun 16-dan 28-dək Çinin Nanjinq şəhərində keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya da qazanıblar.

Qeyd edək ki, hələ 7 cüdoçumuzun da mübarizəyə qoşulacağını nəzərə alsaq, lisenziyaların sayı daha da arta bilər.