13:22 09-08-2013
news_image
1177
DİGƏR NÖVLƏR

Fransaya uduzub, Rusiyaya rəqib olduq

Avstriyanın paytaxtı Vyanada kişi otüstü hokkeyçilər arasında Avropa çempionatının II divizionununda qrup mərhələsinin oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, əsas liqaya yüksəlmək üçün mübarizə aparan Azərbaycan millisi son turda Fransa yığması ilə qarşılaşıb.

İlk 2 matçda Şotlandiya (3:0) və Uelsə (2:1) qalib gələn komandamız bu dəfə məğlub olub – 2:4. Millimizin qollarına Salim Xalid Məhəmməd və Ruslan Satlikov imza atıblar.

Beləliklə, qrup mərhələsini ikinci yerdə başa vuran Saleh Hüseynovun yetirmələri yarımfinalda digər qrupun qalibi Rusiya ilə qarşılaşacaqlar. İkinci yarımfinal cütündə isə Fransa və Avstriya hokkeyçiləri üz-üzə gələcəklər.

Qruplarda son 2 pilləni tutan komandalar isə divizionda qalmaq üçün münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, yarımfinallar avqustun 10-da olacaq. Komandamızın şimal qonşularımızla matçı Bakı vaxtı ilə saat 18:00-a təsadüf edəcək.