11:48 11-08-2013
news_image
1228
DÖYÜŞ NÖVLƏRİ

Millimiz Hollandiyaya getdi

Sabah Hollandiyanın Rotterdam şəhərində gənc boksçular arasında Avropa birinciliyinə start veriləcək. Apasport.az saytının xəbərinə görə, Azərbaycan yığması yarışa tam heyətlə qatılacaq.

Komandamızın heyətində Münasib Məmmədov (49 kq), Məsud Yusifzadə (52 kq), Nəsrəddin Məmmədov (56 kq), Valeh Ramazanov (60 kq), Cavid Quliyev (64 kq), Hidayət Musayev (69 kq), Nəbi Bağırov (75 kq), Rahil Məmmədli (81 kq), Sadiq Səmədov (91 kq) və Məhəmmədəli Tahirov (+ 91 kq) yer alıb.

Avropa birinciliyi avqustun 17-də keçiriləcək final görüşləri ilə yekunlaşacaq.