08:35 12-08-2013
news_image

Uğurun davamı gəlmədi

ABŞ-ın Mayami şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın son 2 günü Azərbaycan millisi üçün uğursuz alınıb.

Belə ki, tatamiyə çıxan 7 idmançımız mükafatçılar sırasına düşə bilməyib. Halbuki, mundialın startında Natiq Qurbanlı (50 kq) çempion, Leyla Əliyeva (40 kq) isə yalnız finalda uduzaraq, gümüş medalla kifayətlənmişdi.

Xatırladaq ki, medal qazanan cüdoçularımız gələn il avqustun 16-dan 28-dək Çinin Nanjinq şəhərində keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya da qazanıblar.