Quliyevlə Kərimov Vyanaya yollanır
Azərbaycan şahmatçıları avqustun 17-də start götürəcək “Vienna Chess Open 2013”ə qatılacaqlar. Apasport.az saytının məlumatına görə, Vyanada baş tutacaq yarışda 3 həmyerlimiz iştirak edəcək.
Ən güclülərin qatılacağı A qrupunda (375 iştirakçı) ölkəmizin idman şərəfini Namiq Quliyevlə Hafiz Kərimov qoruyacaq. B qrupunda (203) isə Rüfət Abdullayev zəkasını yoxlayacaq.
Qeyd edək ki, yarışın qalibləri avqustun 25-də bilinəcək.