08:21 19-08-2013
news_image
1277
DÖYÜŞ NÖVLƏRİ

2 boksçumuz Avropa çempionu oldu

Hollandiyanın Rotterdam şəhərində boks üzrə gənclər arasında keçirilən Avropa birinciliyinə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, milli komandamız yarışda 2 qızıl və 1 gümüş medal qazanıb.

56 kq çəki dərəcəsində mübarizə aparan Nəsrəddin Məmmədov irlandiyalı Kurt Uolker üzərində qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Cavid Quliyev (64 kq) də vətənə Avropa çempionu kimi dönüb. Həmyerlimiz həlledici görüşdə Ukrayna təmsilçisi Samofalovu məğlub edib.

Məsud Yusifzadə (52 kq) isə yalnız finalda irlandiyalı Reddi Kulliyə uduzaraq, gimüş medalla kifayətlənib.