10:53 19-08-2013
news_image
1272
DÖYÜŞ NÖVLƏRİ

Taekvondoçularımızın Buxarest sınağı

Azərbaycanın yeniyetmələrdən ibarət taekvondo və parataekvondo üzrə milliləri Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa birinciliyinə qatılacaq. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, səfərə qurumun vitse-prezidenti Nağı Səfərovun rəhbərliyi altında yollanacaq yığmalarımızın heyəti artıq bilinib.

Belə ki, avqustun 20-24-də olacaq yarışda baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimov Ümid Məmmədov (33 kq), Əli İsazadə (37 kq), Cavid Məmmədov (41 kq), Əli Məmmədov (45 kq), Bəxtiyar Həsənov (49 kq), Nurlan Fətəliyev (53 kq), Nicat Əsgərli (57 kq), Əliəsgər Əliyev (61 kq), Mirəli Hüseynov (65 kq), Sevda Pirseyidov (29 kq), Nərgiz Mirzəyeva (33 kq), Cəvarət Dövlətova (44 kq) və Məleykə Quliyevaya (51 kq) şans verəcək.

Parataekvondo üzrə seçmə komandanın baş məşqçisi Əvəz Tağıyev və böyük məşqçi Yaşar Səfərov da Buxarestdə güvənəcəyi heyəti müəyyənləşdirib. Belə ki, ikiqat dünya çempionu Aynur Məmmədova (57 kq), Vüsal İsmayılov (+80 kq), gümüş mükafatçılardan Bahar Şıxəliyeva (49 kq), Əbülfəz Abuzərli (68 kq), Cahangir Bayramov (+80 kq), Rövşən Qəhrəmanlı, eləcə də bürünc medalçılardan Emin Nüsrətdinov (hər ikisi 58 kq), Aleksandr Poluşuk, Rövşən Rzayev (hər ikisi 80 kq) və milli komandanın digər üzvü Nicat Müslümovda (68 kq) Avropa çempionatına qatılacaq heyətə cəlb olunub.

Qeyd edək ki, parataekvondo üzrə II Avropa çempionatına avqustun 21-də start veriləcək. Bu gün Buxarestə yollanacaq milli komandalarımız avqustun 26-da Bakıya qayıdacaqlar.