12:33 20-08-2013
news_image
1335
DİGƏR NÖVLƏR

“FİLA uzun müddət bizim məktuba reaksiya vermədi” - MÜSAHİBƏ

Sentyabrın 8-də Argentinanın paytaxtı Buenos-Ayresdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) növbəti sessiyası keçiriləcək. Apasport.az saytının məlumatına görə, toplantıda güləş, beysbol və skvoş növlərindən hansının Olimpiada-2020-də olunacağına aydınlıq gələcək. Artıq Avropa Olimpiya Komitəsinin (AOK) bu yığıncaqda hansı idman növünü dəstəkləyəcəyi müəyyənləşib. Qurumun prezidenti Patrik Hikki Rusiya mətbuatına verdiyi müsahibədə güləşin qalması üçün səylərini əsirgəməyəcəklərini bildirib.

- Bizim təşkilatın adı o deməkdir ki, Avropanın maraqlarını yüksək tutmalıyıq. Bu qitənin əksər ölkələri üçün isə güləş vacib idman növü sayılır. Burada güləşin böyük ənənələri, populyarlığı, sosial əhəmiyyəti var. Bu səbəbdən AOK bu idman növünə dəstək verəcək. BOK-un tədbirində güləşin mövqeləri yüksək olacaq. Çünki qurumun bir sıra nüfuzlu üzvləri də bu idman növünə dəstək nümayiş etdiriblər.

- Güləş BOK-un sessiyasında FİLA-nın yeni prezidenti Nenad Laloviç, yeni qaydalar və yeni inkişaf strategiyası ilə təmsil olunacaq. Siz ilk növbədə onlara hansı islahatları aparmağı tövsiyə edərdiz?
- İslahatlar böyük kompleks bir işdir. FİLA-nın isə bunun üçün çox az vaxtı olub. Cüdonun son illərdə hansı inkişafa nail olduğuna fikir verin. Güləş də onların yolu ilə getməlidir. Beynəlxalq Cüdo Federasiyası qaydaları təkmilləşdirdi, telekanallarla danışıqlar apardı. İndi güləş də ilk addımını atıb. Əsas bunda dayanmamaq, öz idman növünü daha yaxşı etməkdir.

- Bu yaxınlarda Amerika beysbolunda yaranan dopinq qalmaqalı güləşin şanslarını artırırmı?
- Dopinq dünya idmanı üçün qlobal problemdir. Güləşçilərə başqalarının çatışmazlığından danışmaq deyil, öz üstünlükləri ilə öyünmək xasdır. Hər 3 idman növünü dəstəkləyən ölkələr, öz üstünlükləri var. Bütün federasiyalar böyük təqdimat işi aparıblar. Lakin güləşin elə üstünlüklərə malikdir ki, bu nə skvoşda, nə də beysbolda var. Güləş fundamental idman növüdür və insanın bu idman növü ilə məşğul olması çox təbiidir. Bu üzdən Qədim Yunanıstanda belə Olimpiada proqramına daxil idi.

- Bəs onda güləş idman növü 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına niyə birbaşa daxil edilmədi?
- Avropa Oyunlarının keçirilməsi ilə bağlı tarixi qərar 2012-ci il dekabrın 8-də verildi. Bundan dərhal sonra beynəlxalq federasiyalara Bakı-2015-ə daxil olunmaq üçün dəvət göndərildi. FİLA uzun müddət bizim məktuba heç bir reaksiya vermədi. Hər şey yalnız fevralda – Laloviç bu quruma prezident keçəndən sonra dəyişdi. O, dərhal danışıqlar prosesinə qoşuldu və martın 13-də Bakı-2015-də təmsil olunmaqla bağlı AOK-la FİLA arasında müqavilə imzalandı. Əminəm ki, bu, təkcə Avropa Oyunları üçün deyil, həm də güləş üçün əhəmiyyətlidir.