08:17 21-08-2013
news_image
1549
FUTBOL

Toni Adams: O, 1 futbolçuya 25 milyon xərcləməz

“Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams futbolçu karyerasını həsr etdiyi “Arsenal”ın indiki vəziyyətini dəyərləndirib. Apasport.az saytının məlumatına görə, əfsanəvi kapitan məvacib sisteminin formalaşdırılmağı strukturunun köklü şəkildə dəyişmək lazım olduğunu hesab edir.

O bildirib ki, indi baş məşqçi Arsen Vengerin çoxlu yaxşı pul alan, ancaq yetərincə ortabab futbolçular var: “Bilirəm, o, 1 futbolçuya 25 milyon funt sterlinq ödəməz və ya nə qədər yeni qapıçıya ehtiyacı olsa da, məsələn, Manuel Noyeri almaz. Fikrimcə, bu, əla siyasətdir. Ancaq kluba məvaciblərin bölüşdürülməyi strukturunu dəyişmək və bunu tam başqa şəkildə etmək lazımdır. Klub ildə məvaciblərə 150 milyon funtdan çox xərcləyir. Ancaq burada həftəyə 50 min funt sterlinq alan çoxlu ortabab oyunçular var. Böyük komandalara isə 4-5 yüksək səviyyəli futbolçu lazımdır. “Arsenal” belə futbolçuları məvacib strukturuna görə cəlb etmir”.