13:24 22-08-2013
news_image

Avropa çempionatında 2 qızıl, 2 gümüş və 5 bürünc

Parataekvondo üzrə Azərbaycan millisi Avropa çempionatını uğurla başa vurub. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, baş məşqçisi Əvəz Tağıyev və böyük məşqçi Yaşar Səfərovun rəhbərliyi altında Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yarışa 10 idmançı ilə qatılan yığmamız 2 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıblar.

Belə ki, IV dünya çempionatının gümüş mükafatçısı Əbülfəz Abuzərli (68 kq) və ikiqat dünya çempionu Vüsal İsmayılov (+80 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsün ən yüksək pilləsinə qalxıblar. Nicat Müslümov (68 kg) və sonuncu dünya çempionatının bürünc mükafatçısı Emin Nüsrətdinov (58 kq) yarışı gümüş medalla başa vurublar. İkiqat dünya cempionu Aynur Məmmədova (57 kq), Bahar Şıxəliyeva (49 kq), Rövşən Rzayev, Aleksandr Poluşuk (hər ikisi 80 kq) və Cahangir Bayramov (+80 kq) isə 3-cü yerlə küfayətləniblər.

Qeyd edək ki, millimiz komanda 3-cü yeri tutub.