10:34 23-08-2013
news_image
1002
DÖYÜŞ NÖVLƏRİ

Taekvondoçularımızdan uğurlu start

Rumıniyanın Buxarestdə yeniyetmə taekvondoçuların Avropa birinciliyinə start verilib. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın ilk günü millimiz üçün uğurlu alınıb.

Belə ki, komandamızın üzvü Ümid Məmmədov (33 k) Moldova, Rumıniya, Fransa və İsrail idmançılarına qalib gələrək finala vəsiqə qazanıb. Lakin həlledici görüşdə Böyük Britaniya təmsilçisi Gnanapanditan Virosana məğlub olan həmyerlimiz gümüş medalla kifayətlənib.

Sevda Pirseyidova (29 kq) Rusiya və Kipr idmançılarına qalib gələrək, yarımfinala yüksəlib. Finala gedən yolda xorvatiyalı Natalya Lovriçə uduzan taekvondoçumuz 3-cü yeri tutub.

33 kq çəki dərəcəsində yarışa qatılan Nərgiz Mirzəyeva rəqibləri Rumıniya, İtaliya idmançılarına qalib gəlsə də, yarımfinalda Türkiyə təmsilçisi İlgız Serife yenilərək yarışı bürünc medalla başa vurub.

Beləliklə, yeniyetmələrin Avropa birinciliyin ilk günü komandamız 1 gümüş və 2 bürünc medal qazanıb.

Qeyd edək ki, sabah başa çatacaq yarışa yığmamız 14 idmançı ilə qatılıb.