15:46 24-08-2013
news_image
1131
DİGƏR NÖVLƏR

Dünya çempionatı üçün millimizin heyəti bilindi

Bədii gimnastika üzrə dünya çempionatına yollanacaq Azərbaycan millisinin heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, millimiz avqustun 28-də Ukraynanın paytaxtı Kiyevdə start götürəcək mundiala 8 idmançı ilə qatılacaq.

Belə ki, fərdi gimnastların mübarizəsində təmsilçilərimizdən Lalə Yusifova və Marina Durunda bacarığını nümayiş etdirəcək. Qrup komandamıza isə Səbinə Abbasova, Səbinə Qaratova, Siyana Vasileva, Mənsurə Bağıyeva, İradə Əhədzadə və Aliyə Paşayeva daxildir.

Qeyd edək ki, yarış sentyabrın 1-də başa çatacaq.