10:35 26-08-2013
news_image
1258
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti üçün yeni vəzifə

Rumıniyanın paytaxtı Buxarestdə Avropa Taekvondo Birliyinin (ATB) növbəti Baş Assambleyası keçirilib. Azərbaycan Taekvondo Federasiyasından (ATF) apasport.az saytına verilən məlumata görə, tədbirdə ATF-in vitse-prezidenti Nağı Səfərov ATB-nin İcraiyyə Komitəsinin üzvü seçilib.

Burada 12 üzv arasında region ölkələrindən Oktay Durmaz (Türkiyə) və Lesik Samadjiya (Ukrayna) da var. Seçkilərdən sonra təşkilatın yeni üzvlərinin iştirakı ilə yığıncaqda qarşıda görüləcək işlər müzakirə olunub.