16:44 26-08-2013
news_image
943
DİGƏR NÖVLƏR

İdmançımız dünya çempionatının 1/4 finalında

Azərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrov Cənubi Koreyanın Çunqju şəhərində start götürən dünya çempionatına uğurla başlayıb. Apasport.az saytının məlumatına görə, 23 yaşlı təmsilçimiz seçmə mərhələdə 1 nəfərlik qayıqla (M1x) 2000 metr məsafəyə yürüşdə 2-ci olub.

Finişə 7 dəqiqə 10,96 saniyəyə çatan Aleksandrov yalnız Anxel Furnier Rodrigesdən (Kuba) 8,12 saniyə geri qalıb. 3-cü yeri isə Vladislav Yakovlev (Qazaxıstan) tutub. Yakovlev 7 dəqiqə 21,48 saniyə nəticə göstərib.

Qaydalara əsasən, hər 3 avarçəkən təsəlli yürüşünə qatılmadan birbaşa 1/4 finala adlayıb. Növbəti mərhələ avqustun 28-də olacaq.

Mənbə: amaf.az