19:22 27-08-2013
news_image
1153
DİGƏR NÖVLƏR

İdmançımız üçün çətin rəqiblər

Azərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrovun Cənubi Koreyanın Çunqju şəhərindəki dünya çempionatının ¼ final yürüşündə rəqibləri müəyyənləşib. Lent.az-ın məlumatına görə, 1 nəfərlik qayıqla (M1x) çıxış edən Aleksandrov növbəti mərhələdə güclü avarçəkənlərlə yarışacaq.

Yürüş zolağının mərkəzində 5 qat dünya çempionu və 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi Meyh Drizdeyl (Yeni Zelandiya), eləcə də 2000-ci il Sidney olimpiadasının bürünc mükafatçısı, 2002-ci ilin dünya çempionu Marsel Hakker (Almaniya) yer alacaq. Aleksandrov hər iki avarçəkənlə London olimpiadasının finalında yarışıb. Drizdeyl 1-ci yeri tutduğu halda, 5-ci olan təmsilçimiz məhz Hakkeri üstələməyi bacarıb. ¼ finaldakı digər rəqiblər isə Georgi Bojilov (Bolqarıstan), Stefen Velpley (ABŞ) və Heydər Hamarəşid (İraq) olacaq.

Qeyd edək ki, avqustun 28-də keçiriləcək yürüşdə 2000 metr məsafəlik finişə ilk 3 yerdə çatanlar yarımfinala vəsiqə qazanacaqlar.