20:20 30-08-2013
news_image
2683
DÖYÜŞ NÖVLƏRİ

Qəhrəmanov da medalsız qaldı - YENİLƏNİB

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, 1 günlük istirahətdən sonra Azərbaycan millisinin daha 1 idmançısı mübarizəyə qoşulub.

Belə ki, Peter Zayzenbaherin yetirmələrindən Şahin Qəhrəmanov özünü doğrultmağa çalışır. 90 kq çəki dərəcəsində gücünü yoxlayan həmyerlimiz bunun üçün öncə avstraliyalı Mark Entoni ilə üz-üzə gəlib. Görüş təmsilçimizin asan qələbəsi ilə başa çatıb. Şahin 3 dəqiqə 12 saniyəyə rəqibini ippona salıb.

O növbəti görüşdə Yakub Larsenlə (ABŞ) güləşib. Qəhrəmanov rəqibini 59 saniyəyə ipponla məğlub edərək 1/8 final mərhələsinə vəsiqə qazanıb.Bu mərhələdə Kristian Totla (Macarıstan) üz-üzə gələn çüdoçumuz məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, yarışın ilk 4 günündə İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi 60 kq), Nicat Şixəlizadə (66 kq), Rüstəm Orucov (73 kq) və Kifayət Qasımova (57 kq) çıxışını başa vurub. Onlardan yalnız Orxan komandamıza bürünc medal qazandırıb. Sentyabrın 1-dək davam edəcək mundialda hələ 2 cüdoçumuz nəyə qadir olduğunu göstərəcək.