08:20 02-09-2013
news_image
1117
DÖYÜŞ NÖVLƏRİ

Yığmamız Rusiya və Hollandiyanı qabaqladı

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən cüdo üzrə dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışı 1 qızıl və 1 bürünc medalla bitirən Azərbaycan millisi komanda hesabında 6-cı yeri tutub.

Komandamız Yaponiya (3 qızıl, 1 gümüş, 3 bürünc), Fransa (2-2-3), Kuba (2-0-0), Braziliya (1-3-2) və Monqolustandan (1-0-3) geri qalıb. Əvəzində isə Hollandiya, Gürcüstan, Rusiya və Cənubi Koreya kimi ölkələri qabaqlayıblar.

Qeyd edək ki, millimizə medalları Elxan Məmmədovla (100 kq) Orxan Səfərov (60 kq) qazandırıb. Onlar müvafiq olaraq, fəxri kürsünün 1-ci və 3-cü pillələrində yer alıblar.