09:36 02-09-2013
news_image
1016
STOLÜSTÜ OYUNLAR

İkisi gerilədi, biri mövqeyini qorudu

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, sentyabr ayı üçün açıqlanan siyahının ilk “iyirmiliy”ində yenə cəmi 1 azərbaycanlı yer alıb.

Belə ki, həmyerlilərimizdən Şəhriyar Məmmədyarov 1 pillə geriləyərək, 7-ci yerə enib. Qrossmeysterimizin aktivində 2775 xalı var. Hindistanlı Vişvanatan Anand onu yalnız əlavə göstəricilərdə qabaqlayıb (2775 xal).

Məmmədyarovdan fərqli, Teymur Rəcəbov (2733) yerində “sayıb”. Son yarışlara inamlı təsir bağışlamayan həmyerlimiz 21-ci yerdədir. Yığmamızın digər zəka sahiblərindən ilk “yüzlük”də Eltac Səfərli (2660) də yer alıb. O, 5 pillə geriləyərək, 92-ci yerə enib.

Qeyd edək ki, ilk “üçlük”də də dəyişiklik olub. 25 yaşlı norveçli Maqnus Karlsenin (2862) başçılıq etdiyi siyahıda ermənistanlı Levon Aronyan (2813) ikinci sıranı qoruduğu halda, italiyalı Fabiano Karuana (2779) üçüncü yeri əldən verib. Hazırda “üçlüyü” rusiyalı Vladimir Kramnik qapayır.