12:08 03-09-2013
news_image
947
DİGƏR NÖVLƏR

Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı əməliyyat şirkəti yaradılıb

2015-ci il Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı əməliyyat şirkəti yaradılıb. Apasport.az saytının məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.

O bildirib ki, BEGOC adlanan şirkətin CEO-su və 14 müxtəlif istiqamət üzrə departamentləri var. Onlardan biri də mətbuat üzrədir. Nazirin sözlərinə görə, xarici mütəxəssisin başçılıq edəcəyi sektorda yerli və təcrübəli media nümayəndələri də yer alacaq: “Sentyabrın axırınadək bu qurum tam formalaşacaq, bütün cavabdeh şəxslər müəyyənləşəcək. Bu işlərə sizin də dəstəyinizi gözləyirik”.