13:24 03-09-2013
news_image
1110
DİGƏR NÖVLƏR

“Land of fire Azerbaijan” “Bakı-2015”lə əvəz oluna bilər

İspaniyanın “Atletiko” və Fransanın “Lans” klubunun formalarının üzərindəki “Land of fire Azerbaijan” sözləri dəyişdirilə bilər. Apasport.az saytının məlumatına görə, bu bərədə jurnalistlərə açıqlamasında Azərbaycan gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

O bildirib ki, bu bərədə təklif verilib: “Biz təklif etmişik ki, “Land of fire Azerbaijan” əvəzinə hələlik “Bakı-2015” yazılsın. Bu, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə əlaqədardır. Fikrimcə, bu da ölkəmizin və yarışın reklamı üçün yaxşı təklifdir”.

Qeyd edək ki, “Bakı” “Atletiko” və “Lans”ın rəsmi tərəfdaşıdır.