00:20 08-09-2013
news_image
6059
DİGƏR NÖVLƏR

2020-ci il Yay Olimpiya Oyunları Tokioda!

2020-ci il Yay Olimpiya Oyunlarını qəbul edəcək şəhərin adı açıqlanıb. Apasport.az saytının xəbərinə görə, Beynəlxalq Olimpiya Komitəsinin Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən 125-ci sessiyasında 3 şəhər - İstanbul, Madrid və Tokio mübarizə aparıb.

113 Olimpiya təşkilatı ölkəsinin nümayəndələrinin 97-nin verəcəyi səs şəhərin kimliyini müəyyənləşdirib. Türkiyədən mərasimə ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan, İdman naziri Suat Kılıç, baş nazirin müavini Əli Babacan və bir sıra iş adamları qatılıblar.

İlkin səsvermədən sonra Madrid mübarizəni dayandırıb. 2020 Olimpiya Oyunlarına ev sahibliyi uğrunda İstanbul və Tokio şəhərləri yarışıblar. Finalda ən çox səs toplayan Tokio 2020 Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququnu əldə edib.

Qeyd edək ki, Bakı da Olimpiada 2020-yə namizədliyini versə də, əvvəlki mərhələlərdən keçməmişdi.