08:01 09-09-2013
news_image

BOK güləş idman növünü Olimpiadada saxladı

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən 125-ci sessiyasında güləş idman növü ilə bağlı tarixi qərar verilib. Apasport.az saytının məlumatına görə, bu ilin fevralında güləşin 2020-ci il Yay Olimpiya Oyunlarının proqramından çıxarılması ilə bağlı qərar qəbul edən BOK fikrindən vaz keçib. Beləliklə, 7 ildən sonra Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarının proqramında güləş idman növü də olacaq.

Xatırladaq ki, 4 illiyin zirvə yarışında təmsil olunmaq üçün güləşlə yanaşı, beysbol/softbol və skvoş idman növləri də mübarizə aparırdı. Amma BOK üzvlərinin səsverməsi nəticəsində güləş səslərin yarıdan çoxunu (49) yığaraq, beysbol/softbol (24) və skvoşu (22) geridə qoyub.