10:21 09-09-2013
news_image

Dünya birinciliyi: 5 boksumuz mübarizəyə başlayır

Ukraynanın paytaxtı Kiyevdə boks üzrə yeniyetmələr arasında dünya birinciliyinə start verilib. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın ilk günündə milli komandamızın 2 üzvü rinqə çıxıb.

46 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov Vanuatu idmançısı Masinq Varavararı məğlub edib. Hər 3 hakim boksçumuzun qələbəsini qeydə alıb – 30:22, 30:22, 30:24.

Elvin Məhərrəmov isə (75 kq) ilk mərhələdəcə yarışla vidalaşmalı olub. Həmyerlimiz Gürcüstan təmsilçisi Rati Tlaşadze ilə dueldən məğlub ayrılıb – 0:3 (27:30, 28:29, 27:30).

Bu gün milli komandamızın daha 5 üzvü rinqə çıxacaq.

50 kq: Ümid Rüstəmov – Varinder Sinqh (AİBA)
66 Kq: Rövşən Musayev – Rayan Skayf (Yeni Zelandiya)
80 kq: Şükran Mehdiyev – Məhəmməd Aydın (Türkiyə)
70 kq: Hüseyn Tarverdili – Vardan Kosyan (Ermənistan)
57 kq: Pərviz Quliyev – Boburmirzo Tolibov (Özbəkistan)
48 kq: Elşən Qafarlı – Banal Hipolito (Filippin)


Qeyd edək ki, sentyabrın 15-dək davam edəcək yarışda 52 ölkənin 351 boksçusu mübarizə aparır.