10:17 10-09-2013
news_image
1614
STOLÜSTÜ OYUNLAR

Avropa çempionatında ilk dəfə: Odlar Yurdu legionersiz başlayır

Yunanıstanda keçiriləcək şahmat üzrə klublararası Avropa çempionatının iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, oktyabrın 19-27-də Rodos adasında baş tutacaq yarışda Azərbaycan ilk dəfə 2 komanda ilə təmsil olunacaq.

Belə ki, ölkəmiz qadınların mübarizəsində təmsil olunmasa da, kişilərin yarışında SOCAR-la yanaşı, yeni yaradılan “Odlar Yurdu” da qüvvəsini sınayacaq.

Komandalarımız hər il olduğu kimi, turnirə yenə güclü heyətlə qatılacaq.

50 komanda arasında reytinq-favorit olan SOCAR-ın uğurları üçün həmyerlilərimiz Teymur Rəcəbov (2733), Şəhriyar Məmmədyarov (2775) və Eltac Səfərli (2660) ilə yanaşı, Fabiano Karuana (İtaliya, 2779), Aniş Qiri (Hollandiya, 2737), Qata Kamski (ABŞ, 2741), Hao Vanq (Çin, 2736) və Veselin Topalov (Bolqarıstan, 2769) zəkasını yoxlayacaq.

“Odlar Yurdu” isə legionerə güvənməyəcək. Komandamızın heyətinə Rauf Məmmədov (2641), Qədir Hüseynov (2616), Nicat Məmmədov (2609), Vasif Durarbəyli (2567), Vüqar Rəsulov (2488), Nicat Abasov (2492) və Zaur Məmmədov (2436) cəlb olunublar.

Qeyd edək ki, SOCAR klublararası Avropa çempionatının son qalibidir.