13:49 10-09-2013
news_image
950
STOLÜSTÜ OYUNLAR

Rəcəbov “Kings” turnirinə yollanır

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov (2733) Rumıniyada keçiriləcək “Kings” beynəlxalq turnirinə dəvət alıb. Apasport.az saytının məlumatına görə, təşkilatçılar oktyabrın 6-da start götürəcək yarışda həmyerlimizlə yanaşı, Fabiano Karuana (İtaliya, 2796), Ruslan Ponomoryov (Ukrayna, 2756), Vanq Hao (Çin, 2747) kimi ulduzların da turnirdə iştirak edəcəkləri bildiriblər.

Oktyabrın 17-dək davam edəcək turnirdə ev sahibi kimi Liviu–Diter Nisipyanu (2665) qatılacaq.

Qeyd edək ki, Rəcəbov analoji yarışda artıq 3 dəfə qüvvəsini sınayıb. 2010-cu ildə turniri gümüş medalla başa vuran Teymur 2009 və 2011-ci illərdə 4-cü yeri tutub.