16:29 10-09-2013
news_image
1047
DÖYÜŞ NÖVLƏRİ

Yığmamız Rusiya çempionatında mübarizə aparacaq

Taekvondo üzrə Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edəcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, millimiz sentyabrın 12-17-də Çelyabinsk şəhərində keçiriləcək Rusiya açıq çempionatında 12 idmançı ilə təmsil olunacaq.

Baş məşqçi Ələkbər İmaməliyev yarışda Natiq Abdullayev, Samir Aydınov (hər ikisi 54 kq), Samir Cavadlı (58 kq), Pərvin Əliyev (63 kq), Namaz Heydərov (68 kq), Xəyal Musayev (74 kq), Vladislav Subbitin (80 kq), Ceyhun Həsənli (+87 kq), Aytən Səmədli, Daria Gorbaçeva (hər ikisi 62 kq), Günay Agayeva (53 kq) və Marina Tedeyevanı (67 kq) sınaqdan keçirəcək.

Qeyd edək ki, sabah səfərə yollanacaq millimiz sentyabrın 18-də vətənə dönəcək.