14:03 11-09-2013
news_image
910
DİGƏR NÖVLƏR

Zemfira Meftahəddinovanın dünya çempionatına getməməsinin səbəbi bilindi

Stend atıcılığı üzrə Olimpiya çempionu Zemfira Meftahətdinovanın dünya çempionatına getməməsinin səbəbi məlum olub. Yığmamızın baş məşqçisi Hafiz Cəfərovun apasport.az saytına verdiyi məlumata görə, 50 yaşlı snayperimiz Perunun paytaxtı Limada keçiriləcək mundiala yeni tədris ilinin başlaması ilə əlaqədar yollanmayacaq.

Çalışdırıcı bildirib ki, Meftahətdinova nə hazırlıqsız, nə də zədəli deyil: “Olimpiya çempionumuzun təcrübəsi kifayət qədərdir. Zemfira zədəli deyil və yarışa da hazır idi. Sadəcə, bu yeni tədris ilinin başlamasına təsadüf etdi. Onun övladı məktəbə gedəcəyindən yığmanın heyətindən kənar qalıb”.

Qeyd edək ki, Azərbaycan dünya çempionatına 6 kişi atıcı ilə yollanacaq.