15:46 11-09-2013
news_image
1236
DİGƏR NÖVLƏR

Azərbaycan prezidenti Tomas Baxı təbrik edib

Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin sədri İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, təbrikdə deyilir: “Beynəlxalq Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Bu məsul vəzifəyə seçkilərdə qazandığınız dəstək beynəlxalq idman ictimaiyyəti tərəfindən Sizə böyük etimadın ifadəsi, Olimpiya hərəkatının inkişafı sahəsində xidmətlərinizə verilən yüksək qiymətdir.

Bu gün Azərbaycanla Beynəlxalq Olimpiya Komitəsi arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnunluq hissi ilə qeyd etmək istərdim. İnanıram ki, Olimpiya ideallarının təntənəsi naminə əməkdaşlığımızı bundan sonra da uğurla davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.