09:47 12-09-2013
news_image

Peter Zayzenbaherin “trio”su

Azərbaycan milli komandası Xorvatiyanın Riyeka şəhərində baş tutacaq Qran-priyə 3 cüdoçu ilə yollanacaq. Apasport.az saytının məlumatına görə, avstriyalı baş məşqçimiz Peter Zayzenbaher dünya çempionatında uğurlu çıxışdan sonra yığmanın əsas heyətinə istirahət verib.

O, yarışda Vüqar Şirinli (60 kq), Tural Səfquliyev (81 kq) və Vaxtanqi Bitiyevə (+100 kq) şans verəcək.

Sentyabrın 14-də start götürəcək Qran-Pri 2 gün davam edəcək.