11:09 16-09-2013
news_image

Kiyevdə 2 gümüş, 2 bürünc medal

Ukraynanın paytaxtı Kiyevdə yeniyetmələr arasında boks üzrə dünya birinciliyinə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan milli komandası yarışda 2 gümüş və 2 bürünc medal qazanıb.

70 kq çəki dərəcəsində mübarizə aparan Hüseyn Tarverdili yarımfinalda uduzaraq, bürünc medalla kifayətlənib. Şükran Mehdiyev də (80 kq) dünya birinciliyindən bürünc medalla dönəcək.

63 kq çəki dərəcəsində yarışan İsmayıl Hüseynov finalda rusiyalı Hüseyn Maqomedovla üz-üzə gəlib. 3 raunddan sonra hər 3 hakim rusiyalı boksçunun 29:28 hesablı qələbəsini qeydə alıb.
Rövşən Musayev isə (66 kq) finalda Qazaxıstan idmançısı Raxat Marxizpayevlə qarşılaşıb. Bu görüşdə də hər 3 hakimin fikri eyni olub – 0:3 (28:29, 27:30, 27:30). Ümumkomanda hesabında Rusiya 1-ci, Kuba 2-ci, Qazaxıstan 3-cü yeri tutub. Millimiz isə 8-ci yeri tutub.

Qeyd edək ki, 2 il öncə Qazaxıstanda keçirilmiş yeniyetmələr arasında dünya birinciliyində komandamız yalnız 1 bürünc medal qazanmışdı.

Kiyevdəki yarışda Rövşən Hüseynov ölkəmizi hakim kimi təmsil edib.