16:18 16-09-2013
news_image
1151
DİGƏR NÖVLƏR

Yığmamızın lideri Almaniyada mükafatçılar sırasında - FOTO

Almaniyanın Hamburq şəhərində akademik avarçəkmə üzrə “E.ON Hanse AlsterCup” adlı ənənəvi reqata keçirilib. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, nüfuzlu reqataya ilk dəfə Azərbaycan milli komandasının lideri Aleksandr Aleksandrov da dəvət alıb.

23 yaşlı avarçəkənimiz 1 nəfərlik qayıqla yürüşlərə qatılıb. O, yalnız almaniyalı Marsel Hakkerdən geri qalaraq, gümüş medal qazanıb. Bürünc medala isə hollandiyalı Roel Braas sahib olub.

Qeyd edək ki, Aleksandr Aleksandrov daha öncə Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş Henli Kral Reqatasının qalibi olub.