14:33 17-09-2013
news_image
1107
DÖYÜŞ NÖVLƏRİ

Avropa çempionatında 13 cüdoçumuz tatamiyə çıxacaq

Sentyabrın 20-22-də Sarayevoda cüdo üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan millisi də gücünü yoxlayacaq.

Səfərə yollanan komandamızın heyətində Mehman Sadıqov, Davud Məmmədov (hər ikisi 55 kq), Oruc Vəlizadə, Rəşad Rufullayev (hər ikisi 60 kq), Cəlil Cəlilov (66 kq), Afiq Səfərli, Hüseyn Rəhimli (hər ikisi 73 kq), Əbdülhaqq Rəsullu, Məhəmmədəli Mehdiyev (hər ikisi 81 kq), Firudin Dadaşov (90 kq), Elvira Butdayeva (44 kq), Ayşə Qurbanlı (48 kq) və Xanım Hüseynova (63 kq) yer alıb.