14:32 18-09-2013
news_image
799
DİGƏR NÖVLƏR

Fasilə bitir

Sentyabrın 22-də qadın otüstü hokkeyçilər Azərbaycan çempionatının II dövrəsinin startına çıxacaqlar. Federasiyanın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, ilk olaraq saat 10:00-da “Sumqayıt” – “Bakı” matçı keçiriləcək. Saat 11.30-da isə “Atasport-2” (Bakı) və “Samur”(Qusar) komandaları qarşılaşacaq. Yazda keçirilən I dövrə oyunlarından sonra yarış cədvəlindəki vəziyyət belədir:

Komanda
O
Q
H
M
Qollar
Xallar
“Samur" (Qusar)
6
5
0
1
27-11
15
"Bakı"
6
4
0
2
15-5
12
“Atasport-2”
6
3
0
3
11-11
9
"Sumqayıt"
6
0
0
6
0-26
0

Rusiyanın Azov şəhərini təmsil edən HK “Tana” komandasının da iştirak etdiyi kişi otüstü hokkeyçilərin açıq ölkə çempionatında isə II dövrənin ilk oyunları sentyabrın 27-də start götürəcək. Həmin gün saat 12.00-da “Atasport” (Bakı) və “Gənclik” (Sumqayıt) komandaları üz-üzə gələcək. Saat 13.30 da “Akkord”(Bakı) – “Şahdağ”(Qusar) matçı başlayacaq. Kişilərin yarışında I dövrədən sonra turnir cədvəlinə Rusiya hokkeyçiləri başçılıq edirlər.

Komanda
O
Q
H
M
Qollar
Xallar
XK TANA (Azov, Rusiya)
8
6
1
1
45-12
19
"Akkord" (Bakı)
8
5
3
0
32-8
18
"Atasport" (Bakı)
8
4
2
2
30-13
14
"Şahdağ" (Qusar)
8
1
0
7
17-37
3
"Gənclik" (Sumqayıt)
8
1
0
7
11-65
3

Şənbə günü isə 18 yaşınadək oğlan hokkeyçilər arasında II dövrənin ilk turunun oyunları başlayacaq. Yaz – payız sistemi ilə keçirilən Azərbaycan birinciliyinin I dövrəsində ölkəmizin müxtəlif şəhər və rayonlarının 8 komandası 2 yarımqrupda dairəvi sistemlə bir-biri ilə 2 dəfə qarşılaşıblar. Reqlamentə görə, qruplarda ilk 2 yeri tutanlar payızda yenidən 2 yarımqrupa bölünəcəklər. A qrupunda I dövrəni ilk 2 yerdə başa vuran 4 komanda mükafatlar uğrunda, digər 4 iştirakçı isə növbəti mövsümdən ölkə birinciliyində mübarizə aparmaq hüququ verən 2 yer uğrunda yarışacaq.

İkinci dövrədə komandalar yarışa xalsız başlayacaqlar. I-IV yerlər uğrunda A qrupunu “Təhsil” (Sumqayıt), “Olimp” (Masallı), “Atasport-Binə” və “Astara” komandaları təşkil edəcəklər. B qrupunda (V-VIII yerlər uğrunda) isə “Göytəpə” ( Cəlilabad), “Gəncə”, “Xəzər” (Lənkəran) və “Şəki” hokkeyçiləri mübarizə aparacaqlar.

Beləliklə, 18 yaşınadək oğlan hokkeyçilər arasında keçiriləcək oyunların təqvimi ilə tanış olun:

13.00 “Olimp” -“Atasport-Binə”
14.00 “Təhsil” – “Astara”
15.00 “Gəncə” - “Xəzər”
16.00 “Göytəpə” – “Şəki”


Bazar günü günü isə 15 yaşınadək oğlan hokkeyçilər anoloji sistemlə təşkil olunan ölkə birinciliyinin II dövrəsinin oyunlarını keçirəcəklər. Bu yarışın A qrupunda mükafatlar uğrunda “Akkord” (Sumqayıt), “Atasport-Binə”, “Təhsil”(Bakı) və “Şahdağ” (Qusar) komandaları mübarizə aparacaqlar. B qrupunda (V – VIII yerlər uğrunda) isə “Gəncə”, “Şəmkir”, “ Şəki” və “Olimp” (Masallı) hokkeyçiləri gələn mövsümdə ölkə birinciliyində iştirak etmək hüququ verən 2 vəsiqə uğrunda yarışacaqlar. Sentyabrın 22-də baş tutacaq oyunların başlanma vaxtını təqdim edirik:

13.00 “Atasport-Binə” – “Təhsil”
14.00 “Akkord”- “Şahdağ”
15.00 “Şəmkir” - “Şəki”
16.00 “Gəncə” - “Olimp”


Qeyd edək ki, cari otüstü hokkey yarışlarının 4-ü də oktyabrın son günlərində başa çatacaq.