14:02 19-09-2013
news_image
885
DİGƏR NÖVLƏR

Dünya çempionatında 3 idmançımız medalsız qaldı

Perunun paytaxtı Limada keçirilən stend atıcılığı üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, mundialın ilk günləri Azərbaycan millisi üçün uğurlu alınmayıb.

Belə ki, hədəf önünə keçən 3 snayperimizdə dəqiqlik çatmayıb. Skit növündə mübarizə aparan Emin Cəfərov 112 xal toplayıb ki, bu da onun 56-cı olması ilə nəticələnib. Həmin növdə gənclərin yarışına qatılan Niyaz Ağazadə və Fuad Qurbanov da ümidləri doğrultmayıb. Onlar müvafiq olaraq, 33 idmançı arasında 27-ci və 29-cu yerləri tutublar.

Qeyd edək ki, sentyabrın 25-də başa çatacaq dünya çempionatında daha 3 idmançımız nəyə qadir olduğunu göstərəcək. Elvin İsmayılov böyüklərin, Əlimirzə Quliyev və Əli Hüseynli (hər üçü trap) isə gənclərin yarışında mübarizə aparacaq.