14:30 19-09-2013
news_image
492
FUTBOL

“Bakı” “İnter” üçün hazırlaşır

Topaz Premyer Liqasının VII turunda "İnter"lə qarşılaşacaq “Bakı” hazırlıqlarını davam etdirir. Apasport.az klubun saytına istinadən xəbər verir ki, komanda bu gün baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında klubun təlim-məşq bazasında saat yarım davam edən məşq keçirib.

Fiziki və taktiki təmrinlərdən ibarət olan məşq isinmə hərəkətləri ilə başlayıb. Hazırlıq qapıya zərbələrlə bitib.

Elvin Әliyev və Vüqar Mustafayev zədəli olduqlarından məşqdə iştirak etməyiblər. Mario Alvarez, Ruben Martinez və Mario Horvat komandadan ayrı çalışıblar.

Qeyd edək ki, sentyabrın 21-də keçiriləcək "İnter" - "Bakı" oyunu saat 17:00-da başlayacaq.