10:22 23-09-2013
news_image

2 cüdoçumuz Avropa çempionu oldu

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən gənc cüdoçular arasında Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa 13 idmançı ilə qatılan Azərbaycan millisi vətənə 5 medalla qayıdıb.

Komandamızın heyətində Davud Məmmədov (55 kq) və Rəşad Rufullayev (60 kq) Avropa çempionu olublar. Mehman Sadıqov (55 kq), Oruc Vəlizadə (60 kq) və Məhəmmədəli Mehdiyev (81 kq) isə bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, yığmamız komanda hesabında Rusiya (3-3-0) və Gürcüstanın (2-2-1) ardından 3-cü yeri tutub.