10:42 23-09-2013
news_image
1272
DÖYÜŞ NÖVLƏRİ

Elnur Məmmədliyə rəqib hədiyyəsi

Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahı Azərbaycan millisinin aparıcı üzvləri üçün heç də uğurlu alınmayıb. Peter Zayzenbaherin başçılıq etdiyi komandamızda 1 idmançı istisna olmaqla, digərləri ya mövqelərini qoruyub, ya da geriləyiblər.

Millimizin heyətində son cədvəldə 50-ci yerə düşən Olimpiya çempionumuz Elnur Məmmədli (81 kq) 1 rəqibinin geriləməsi səbəbindən 49-cu pilləyə qalxıb. Təmsilçilərimizdən İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Tural Səfquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) mövqelərini qoruyublar. Onlar yenə müvafiq olaraq, 14-cü, 22-ci, 10-cu, 12-ci, 26-cı, 7-ci, 1-ci, 7-ci, 16-cı və 54-cüdürlər.

Bu cüdoçulardan fərqli, Tərlan Kərimov (66 kq) 1 pillə geriləməklə, 35-ci yerə düşüb.

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.