13:14 23-09-2013
news_image
1149
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan İslamiadada ilk medalını qazandı

Azərbaycan millisi İndoneziyada keçirilən İslam Ölkələrinin III Həmrəylik Oyunlarında ilk medalını qazanıb. Apasport.az saytının məlumatına görə, komandamızın heyətində karateçi Şahin Atamov fəxri kürsüyə yüksəlməyi bacarıb.

+84 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz Səudiyyə Ərəbistanı, Misir və BƏƏ idmançılarına qalib gələrək, finala yüksəlib. Lakin Atamov uğurlu çıxışını bu dəfə davam etdirə bilməyib və İran karateçisinə uduzaraq, gümüş medalla kifayətlənib.

Qeyd edək ki, bu gün badmintonçularımız da ilk sınaqlarına çıxacaqlar.