14:00 23-09-2013
news_image
2627
DÖYÜŞ NÖVLƏRİ

Dünya çempionatı başa çatdı: Qızıl hanı?

Güləş üzrə Azərbaycan milliləri son 7 ildə ilk dəfə dünya çempionatını qızıl medalsız başa vurub. Apasport.az saytının məlumatına görə, 2007-ci ildən başlayaraq hər çempionatda ən azı 1 dəfə ölkəmizin himnini səsləndirən güləşçilərimiz Macarıstanın paytaxtı Budapeştdə belə uğura həsrət qalıblar.

Planetin ən güclülərinin 21 dəst medal uğrunda mübarizəsində cəmi 4 mükafatla kifayətlənən yığmamız vətənə 2 gümüş və 2 bürünc medal gətirə bildi. Bu isə son illər üçün ən zəif nəticədir.

Müqayisə üçün 2 il öncə İstanbulda 2-si qızıl olmaqla 8 medal qazanılmışdı. Budapeştdə sərbəst güləşçilərimizdən Xetaq Qazyumov (96 kq) gümüş, qadın güləşində isə Yuliya Ratkeviç (59 kq) bürünc qazanmaqla yeganə medalın sahibi olub. Yalnız yunan-Roma millimiz 1-dən artıq – 2 mükafat əldə etməyi bacarıb. Həmin medallar da Şalva Qadabadze (96 kq) və Saman Təhmasibinin (84 kq) hesabındadır. Bunun da nəticəsində bu yığmamız komanda hesabında 6-cı olmağı bacarıb.

Digər 2 millimiz isə heç “onluğa” da düşə bilməyib. Hərçənd əvvəlki illərdə hər 3 millimiz öz nəticələri ilə diqqət çəkirdi. Məsələn, Herninqdə 4 il öncə keçirilən mundialda qadınlarımız I, sərbəst güləşçilərimiz II və yunan-Roma komandamız III olmuşdu. Ümumi medal sıralamasında isə ölkəmiz yalnız Rusiyada geri qalmışdı.

İl
Şəhər
Qızıl
Gümüş
Bürünc
Cəmi
2007
Bakı
1
0
1
2
2009
Herninq
3
4
3
10
2010
Moskva
2
2
3
7
2011
İstanbul
2
1
5
8
2013
Budapeşt
0
2
2
4