14:30 23-09-2013
news_image

Milli komandamızdan daha 1 medal

Azərbaycan yığması İndoneziyada keçirilən İslam Ölkələrinin III Həmrəylik Oyunlarında uğurlu startını davam etdirir. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə komandamız daha 1 medala sevinib.

Bu dəfə də karateçimiz fəxri kürsüyə yüksəlib. Təmsilçilərimizdən Şahin Atamovun (+84 kq) ardınca Ayxan Mamayev da çıxışını medalla başa vurub. 84 kq-da gücünü yoxlayan idmançımız İraq, Liviya və Misir karateçilərinə qalib gələrək, çempion adına yiyələnib.

Qeyd edək ki, Atamov finalda uduzaraq, gümüş medalla kifayətlənmişdi.