15:35 23-09-2013
news_image

3-cü cəhddə medal olmadı

İndoneziyada keçirilən İslam Ölkələrinin III Həmrəylik Oyunlarında daha bir karateçimiz gücünü yoxlayıb. Apasport.az saytının məlumatına görə, Ayxan Mamayevin (84 kq) qızıl, Şahin Atamovun (+84 kq) gümüş medal qazandığı ilk gündə Nuranə Əliyeva ümidləri doğrultmayıb.

50 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz ilk görüşdəcə yeri idmançıya uduzaraq, yarışla vidalaşıb.

Qeyd edək ki, bu gün badmintonçularımız da qüvvəsini sınayacaq.