09:57 24-09-2013
news_image
1075
DİGƏR NÖVLƏR

Səmti ən yaxşı müəyyən edənlər - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubu mərhum prezident Heydər Əliyevin 90 illlik yubileyinə həsr etdiyi növbəti idman yarışını keçirib. Apasport.az saytının məlumatına görə, bu dəfə səmti müəyyən etmə idman növü üzrə qaliblər müəyyənləşib.

FHN-in qurumları arasında ilk dəfə keçirilən bu turnirdə 23 qurumdan 29 komanda, təxminən 100 nəfər idmançı qatılıb. Pirqulu qəsəbəsində yerləşən dağ-meşə massivində keçirilən çempionatda öncə qısa məsafə üzrə yarışa yekun vurulub.

2.6 km məsafədə 7 nəzarət məntəqəsindən ibarət olan birinciliyin ilk günü bütün nəzarət məntəqələrini qeyd edib hamıdan əvvəl finiş xəttinə çatan Müvəssəl Allahverdiyev (Dövlət Sularında Xilasetmə Xidməti) çempion adını qazanıb. 2-ci yeri Vüqar Babayev (Dövlət Sularında Xilasetmə Xidməti), 3-cü pilləni isə Elçin Cəfərov (Muğan Regional Mərkəzi) tutub.

3.5 km məsafədə 10 nəzarət məntəqəsindən ibarət olan ikinci yarış günü də maraqlı keçib. Təxminən 4 saat davam edən gərgin mübarizədən sonra şəxsi hesabda Elşən Hüseynov (Təmir-Tikinti NDA) 1-ci yerə layiq görülüb. Qalibdən təxminən 3 dəqiqə geri qalan Rəşad Elyazov (Xüsusi Riskli Xilasetmə Xidməti) 2-ci, Şahin Məmmədov (Dövlət Yanğından Mühafizə Xidməti) isə 3-cü olub.

2 günün sonunda komanda hesabı ilə Bakı Regional Mərkəzinin komandası qızıl medal qazanıb. Gümüş və bürünc medalları isə müvafiq olaraq, Muğan Regional Mərkəzinin komandası və Dövlət Sularında Xilasetmə Xidmətinin komandası əldə etdi.

Yarışda iştirak edən qadınlar arasında şəxsi hesabda əldə olunan nəticələr isə belədir:

Qısa məsafə üzrə:
1. Gülşən Həsənova (BVİM)
2. Kəmalə Qəhrəmanova (XRXX)
3. Maya Əmiraslanova (BVİM)


Uzun məsafə üzrə
1. Arzu Eyvazova (XRXX)
2. Kəmalə Qəhrəmanova (XRXX)
3. Gülşən Həsənova (BVİM)


Qaliblər medal, kubok, hədiyyə və fəxri fərmanlarla təltif edilib.