11:22 24-09-2013
news_image
1024
DÖYÜŞ NÖVLƏRİ

Qızıl medalçımız: Mənə söz vermişdilər ki...

“Bu il yalnız bir medalım var idi. “İstanbul Open”də üçüncü yeri tutmuşdum”. Apasport.az saytının məlumatına görə, bunu İndoneziyada keçirilən İslam Ölkələrinin III Həmrəylik Oyunlarında Azərbaycan millisinə qızıl medal qazandıran Ayxan Mamayev deyib.

84 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələn 22 yaşlı karateçi qələbəsini şərh edib: “İli uğurla başa vurmaq üçün bu qələbəm lap yerinə düşdü. Yaxın vaxtlarda hərbi xidmətə yollanacağam. Mənə federasiyadan söz vermişdilər ki, qızıl medal qazansam, məşqlərimə davam etmək üçün lazımi köməklik göstəriləcək. Buna görə də bu dəfə daha möhkəm döyüşdüm”.

Mənbə: mys.gov.az