16:23 24-09-2013
news_image
1815
DÖYÜŞ NÖVLƏRİ

Stadnik Azərbaycan millisindən imtina etdi

“Budapeşt mənim üçün uğurlu şəhərdir. 2010-cu ildə bu şəhərdə gənclər arasında dünya çempionatında çıxış etmişdim və onda da qızıl medal qazanmışdım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukrayna millisinin güləşçisi Alina Maxinya-Stadnik deyib.

22 yaşlı idmançı Macarıstanın paytaxtı Budapeştdə başa çatan dünya çempionatı və orada qazandığı qızıl medal barədə təəssüratlarını bölüşüb: “Bu dəfə üstündə “Mən Budapeşti sevirəm” sözləri yazılmış fincan aldım. Burada rastlaşdığım dəstək çox xoş idi, zalda Ukraynanın bayrağı dalğalanırdı. Mənə sosial şəbəkələrdə 60-a yaxın mesaj gəlib. Hətta heç tanımadığım insanlar da mənə yazırdılar”.

Azərbaycan millisinin aparıcı güləşçilərindən olan, milliləşən ukraynalı Mariya Stadnikin eltisi qohumunun ardınca yığmamıza üz tutacağı ilə bağlı xəbərlərə münasibət bildirib. Onun sözlərinə görə, bu dəfəki mundial Ukraynanın bayrağı altında qatıldığı son yarış deyil: “Bütün bunlar həqiqətdən uzaqdır. Mən bundan sonra da Ukraynanın şərəfini qoruyacağam. Onlar mənə təklif göndərdilər, lakin mən imtina etdim”.